Tez-tez verilən suallar
Müştərilər tərəfindən bizə tez-tez verilən suallarla aşağıdan tanış ola bilərsiniz
İş saatı və qısa iş günləri
İş saatlarımız səhər saat 10:00-01:00 aralığındadır.Yanlız o saatlar daxilində sizə xidmət göstəririk.Özəl günlər və bayramlarda iş saatımız dəyişkənlik göstərə bilər.
Sifariş və ya ödəniş zamanı yanlış məlumat daxil etdim, geri qaytara bilərəm?
Xeyr,əgər oyun içi məlumatlarınızı və ya ödəniş məlumatlarını yanlış daxil etmisinizsə,bunu geri qaytarmaq mümkün deyil.Təsdiq etmədən öncə mütləq məlumatları yenidən yoxlayın.
Balansımı çəkə bilərəm?
Minimum 10 AZN məbləğində balans çəkə bilərsiniz.Komissiya faizi 5% olaraq əməliyyat zamanı çəkilən məbləğdən tutulacaqdır.
Necə balans artıra bilərəm?
Balansınızı artırmaq üçün hesabınıza daxil olduqdan sonra “Balans artır” düyməsini sıxın. Açılan səhifədə mövcud ödəniş metodlarından birini seçərək ödənişi həyata keçirin. Ödəniş uğurla tamamlandıqdan sonra məbləğ avtomatik olaraq hesab balansınıza əlavə olunacaq və dərhal istifadə edə biləcəksiniz.
Necə sifariş edə bilərəm?
Saytımızda balansınız varsa, dərhal sifariş verə bilərsiniz. Biz tərəfdən hesabınıza yüklənən uc, və digər xidmətlər isə hər gün 10:00 - 01:00 arası (5-10 dəqiqə ərzində) hesabınıza yüklənir.
