Müqavilə
1. Yaş məhdudiyyəti
18 yaşdan aşağı şəxslər yüksək məbləğdə ödənişləri yalnız valideyninin və ya qanuni nümayəndəsinin razılığı ilə həyata keçirə bilər. İcazəsiz həyata keçirilmiş əməliyyatlara görə məsuliyyət ödənişi edən şəxsə və onun qanuni nümayəndəsinə aiddir.
2. Sifariş məlumatlarının düzgünlüyü
Sifariş yaradılarkən oyunçu ID-si, hesab adı, server, region, platforma, telefon nömrəsi və digər məlumatların düzgün qeyd edilməsi müştərinin məsuliyyətidir. Yanlış məlumat səbəbilə məhsul başqa hesaba yüklənərsə və ya sifariş tamamlana bilməzsə, GNET məsuliyyət daşımır.
3. Hesaba giriş və bərpa problemləri
Müştərinin hesaba daxil ola bilməməsi, şifrəsini unutması, hesabının bloklanması və ya bərpa məlumatlarının düzgün olmaması geri qaytarılma üçün əsas hesab edilmir.
4. Ödənişdən sonra fikrin dəyişdirilməsi
Ödəniş edildikdən sonra “məhsula ehtiyac qalmadı”, “fikrimi dəyişdim”, “yanlış məhsul seçdim” və oxşar səbəblərlə sifarişin ləğvi və ödənişin geri qaytarılması mümkün deyil.
5. Rəqəmsal məhsullar
PİN, kod, gift card, oyun balansı, abunəlik və digər rəqəmsal məhsul təqdim edildikdən, aktivləşdirildikdən və ya müştəriyə göndərildikdən sonra geri qaytarılmır və dəyişdirilmir.
6. Geri qaytarılma halları
Geri qaytarılma yalnız sifarişin tərəfimizdən yerinə yetirilməsinin mümkün olmadığı, eyni sifariş üçün təkrar ödəniş edildiyi və ya texniki səbəbdən məbləğin artıq tutulduğu hallarda yoxlanıla bilər.
Geri qaytarılma təsdiqləndikdə ödəniş yalnız ödənişin həyata keçirildiyi karta, hesaba və ya ödəniş üsuluna qaytarılır. Başqa karta, başqa şəxsin hesabına və ya üçüncü tərəfə pul köçürülmür.
Bank və ödəniş sistemləri tərəfindən tutulan xidmət haqları geri qaytarılan məbləğdən çıxıla bilər.
7. Sayt balansının geri çıxarılması
Sayt balansına əlavə edilmiş məbləğin geri çıxarılması yalnız xüsusi hallarda və təhlükəsizlik yoxlamasından sonra mümkündür. Təsdiqlənmiş geri qaytarılmalarda bank və ödəniş xərclərinə uyğun komissiya tətbiq oluna bilər. Bonus, kampaniya və hədiyyə balansı nağdlaşdırılmır.(minimum 5% komisiyya)
8. Şübhəli və üçüncü şəxsə aid ödənişlər
Oğurlanmış kart, üçüncü şəxsə aid bank hesabı, saxta sənəd, icazəsiz ödəniş və ya şübhəli əməliyyat aşkar edilərsə, sifariş dayandırıla, hesab məhdudlaşdırıla və əlavə təsdiq tələb oluna bilər.
Kart və ya hesab sahibi ilə sifarişi verən şəxsin məlumatları uyğun gəlmədikdə GNET sifarişi təsdiqləməmək hüququna malikdir.
9. Ödəniş rekvizitləri
Müştəri yalnız GNET saytında və ya rəsmi müştəri xidməti kanallarında göstərilən ödəniş rekvizitlərinə ödəniş etməlidir. Başqa şəxslərin təqdim etdiyi hesablara edilən ödənişlərə görə GNET məsuliyyət daşımır.
Göndərilən ödəniş rekvizitləri yalnız qeyd edilən müddət ərzində keçərlidir. Müddət bitdikdən sonra ödəniş etməzdən əvvəl yeni rekvizit tələb edilməlidir.
10. Digər platformalar
GNET-dən kənar sayt, sosial media hesabı, mağaza və ya platformadan alınan məhsul və xidmətlərə görə GNET məsuliyyət daşımır.
11. Davranış qaydaları
Müştəri xidməti ilə əlaqə zamanı təhqir, təhdid, saxta sənəd, saxta ödəniş qəbzi və yanlış məlumat təqdim edilməsi qadağandır. Bu hallarda xidmət göstərilməsindən imtina edilə və istifadəçi hesabı məhdudlaşdırıla bilər.
12. Hesab təhlükəsizliyi
İstifadəçi hesab məlumatlarını, şifrəsini və təsdiq kodlarını qorumağa görə özü məsuliyyət daşıyır. GNET əməkdaşları müştəridən bank kartının tam məlumatını, CVV kodunu və bank təsdiq kodunu tələb etmir.
13. Qaydaların qəbulu
Saytda qeydiyyatdan keçən, sifariş yaradan və ya ödəniş edən hər bir istifadəçi bu qaydaları oxumuş və qəbul etmiş hesab olunur.
14. Qaydaların dəyişdirilməsi
GNET xidmətlərin təhlükəsizliyi və fəaliyyəti ilə bağlı bu qaydalara dəyişiklik edə bilər. Dəyişikliklər saytda dərc edildiyi tarixdən qüvvəyə minir.
