Playstation

PlayStation Balans Kartı Al – USD, TL və Hesab

PlayStation üçün balans kartları və hesab xidməti GNET-də üç bölmədə təqdim olunur: USD, TL və Hesab.

Sürətli çatdırılma Təhlükəsiz Dəstək

Mənə hansı kateqoriya uyğundur?

Öz regionunu seç və uyğun paketlərə bax.

Haqqında

PlayStation üçün balans kartları və hesab xidməti GNET-də üç bölmədə təqdim olunur: USD, TL və Hesab. Sony-nin PS Store mağazasında balansla oyun, əlavə məzmun və abunəlik alınır, amma kartın hesab regionu ilə uyğun gəlməsi vacibdir. Dollar ilə işləyən hesabın varsa Playstation USD bölməsini aç. Türkiyə regionlu hesabın varsa Playstation TL bölməsi sənə uyğundur. Hələ uyğun hesabın yoxdursa, Türkiyə və Ukrayna variantları olan Hesab bölməsinə bax. Kartlar e-pin kodu şəklində verilir, kodu öz PlayStation hesabında işlədirsən. Ödəniş GNET balansından AZN ilə aparılır, nominal və qiymətləri isə hər bölmənin öz səhifəsində görə bilərsən.

İstifadə qaydası

PlayStation — Balans E-pin sifarişi

🎟️ Təqdim edilmə üsulu: PlayStation balans kartı e-pin kodu şəklində təqdim olunur.

Necə sifariş vermək olar?

  1. Hesabınıza daxil olun. GNET hesabınıza giriş edin və ya yeni hesab yaradın.

  2. Balansınızı artırın. Mövcud ödəniş üsullarından biri ilə sifariş üçün kifayət qədər vəsait əlavə edin.

  3. Kartı seçin. PlayStation hesabınızın ölkə və regionuna uyğun balans kartını seçərək “Satın al” düyməsinə klikləyin.

  4. Sifarişi tamamlayın. Seçdiyiniz kartı yoxlayın və “Sifariş et” düyməsinə klikləyin.

  5. Kodu aktivləşdirin. PlayStation Store-da hesabınıza daxil olun. “Redeem Code / Kodu istifadə et” bölməsində sizə təqdim olunan kodu daxil edib təsdiqləyin.

🌍 Region uyğunluğu: Kartın ölkə və regionu PlayStation hesabınızla eyni olmalıdır.

📦 Sifarişinizi izləyin: Statusu “Sifarişlərim” bölməsindən və ya qeydiyyat e-poçtunuza göndərilən bildirişdən yoxlaya bilərsiniz.

Tez-tez verilən suallar

Hansı PlayStation kartını almalıyam?

Hesabının ölkə və regionuna baxaraq uyğun bölməni seç: dollarla işləyən hesab üçün USD, Türkiyə regionu üçün TL.

Kart necə çatdırılır?

Balans kartları e-pin kodu şəklində təqdim olunur.

Hesab bölməsində nə var?

Türkiyə TL və Ukrayna UE adlı hesab məhsulları var, detallarını məhsul səhifəsində oxu.

Axtardığın oyun yoxdur?Oyun istəyi göndər, əlavə edək! Oyun istəyi göndər